...

Əlilliyin təyin edilməsi meyarları ilə bağlı qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək

İqtisadiyyat Materials 14 May 2019 14:01 (UTC +04:00)
Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir.
Əlilliyin təyin edilməsi meyarları ilə bağlı qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq:

"Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq".

S.Babayevin sözlərinə görə, bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib.

Nazir qeyd edib ki, yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti