...

“Gilan”ın və holdinqə daxil olan bir sıra şirkətlərin nizamnamə kapitallarının artırılması gözlənilir

İqtisadiyyat Materials 13 İyun 2019 14:59 (UTC +04:00)
Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərən “Gilan”ın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.
“Gilan”ın və holdinqə daxil olan bir sıra şirkətlərin nizamnamə kapitallarının artırılması gözlənilir

Bakı. Trend:

Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərən “Gilan”ın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.

Nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcəkdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Xatırladaq ki, 1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti