...

Sahibkarların əksəriyyəti ADRA ilə əməkdaşlıqdan məmnundur

İqtisadiyyat Materials 28 İyun 2019 10:42 (UTC +04:00)
Açıq məkan reklamını rəsmiləşdirmiş sahibkarların əksəriyyəti (61%) Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə əməkdaşlığı çox yüksək qiymətləndirir.
Sahibkarların əksəriyyəti ADRA ilə əməkdaşlıqdan məmnundur

Bakı. Trend:

Açıq məkan reklamını rəsmiləşdirmiş sahibkarların əksəriyyəti (61%) Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə əməkdaşlığı çox yüksək qiymətləndirir.

ADRA-dan Trend-ə verilən məlumata görə, Agentliyin 2019-cu il yanvar-may ayları ərzində reklamlarını qeydiyyatdan keçirmiş 4000 sahibkara SMS vasitəsilə ünvanladığı sorğunun nəticələri bunu deməyə əsas verir. Səsvermənin nəticələrinə görə, sahibkarların yalnız 20 faizi qurumla əməkdaşlıqdan narazı qalıb, lakin çoxu (86%) reklamını rəsmiləşdirərkən heç bir çətinliklə üzləşmədiyini bildirib.

Sorğu hazırda ADRA-nın rəsmi saytında davam edir. İrad və təkliflər həm sorğunun özündə qeyd oluna bilər, həm də 1412 Çağrı Mərkəzinə zəng vurularaq şifahi bildirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti