...

“KOB könüllüləri” sahibkarları məlumatlandırır (FOTO)

İqtisadiyyat Materials 6 İyul 2019 15:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Qəbələ rayonunun Vəndam qəsəbəsində mikro və kiçik sahibkarları, fermerləri Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər barədə məlumatlandırıb.
“KOB könüllüləri” sahibkarları məlumatlandırır (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Qəbələ rayonunun Vəndam qəsəbəsində mikro və kiçik sahibkarları, fermerləri Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər barədə məlumatlandırıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, ictimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olan “KOB könüllüləri” sahibkarları biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz “KOB Dostu”na müraciət edə biləcəkəkləri barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər paylayıblar.

Görüşlər Vəndam qəsəbəsində fəaliyyət göstərən sahibkarlar və vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Agentliyin digər şəhər və rayonlarında fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması məqsədilə belə görüşlər iyul-avqust ayları ərzində davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti