...

Paytaxtın 4 küçəsində rənglənmə işləri aparılır

İqtisadiyyat Materials 11 Sentyabr 2019 12:15 (UTC +04:00)
Bu gün 4 küçədə rənglənmə işləri aparılır.
Paytaxtın 4 küçəsində rənglənmə işləri aparılır

Bakı. Samir Əli - Trend:

Bu gün 4 küçədə rənglənmə işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılır.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti