...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici sosial kampaniyaya başlayıb (FOTO)

İqtisadiyyat Materials 14 Noyabr 2019 19:45 (UTC +04:00)
Şagirdlər üçün informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzuları üzrə təlimlər təşkil edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici sosial kampaniyaya başlayıb (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC (İKT LAB) və “Engineering for kids”in tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniyaya start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində bu gün cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Çəmənli kənd tam orta məktəbində şagirdlər üçün informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzuları üzrə təlimlər təşkil edilib.

Təlimlərin keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının, sosial media marketinqi üzrə məlumatlılıq səviyyəsinin artırılması, şəhər və kənd məktəbləri arasında rəqəmli fərqliliyin aradan qaldırılmasıdır.

Təlimlər İKT LAB və “Engineering for kids”in mütəxəssisləri tərəfindən keçirilib.

Məktəblilərin böyük marağına səbəb olan maarifləndirici tədbirin sonunda onların təlim mövzuları üzrə sualları cavablandırılıb.

Növbəti təlimlər sabah Ağdam rayonunun Ayaqqərvənd kənd tam orta məktəbində təşkil olunacaq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məktəblərə kompüter və printer, “Azərmarka” MMC tərəfindən şagirdlərə məktəb ləvazimatları hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti