...

Türkiyənin ticarət naziri Azərbaycana gəlir

İqtisadiyyat Materials 25 Dekabr 2019 18:53 (UTC +04:00)
Türkiyənin ticarət naziri Ruhsar Pekcan bu gecə Azərbaycana səfər edəcək.
Türkiyənin ticarət naziri Azərbaycana gəlir

Bakı. Ləman Zeynalova - Trend:

Türkiyənin ticarət naziri Ruhsar Pekcan bu gecə Azərbaycana səfər edəcək.

Bu barədə Trend diplomatik mənbəyə istinadən məlumat verir. Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə ediləcək.

R.Pekcanın Azərbaycanda rəsmi şəxslərlə görüşü gözlənilir.

Türkiyə Ticarət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin oktyabr ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33,715 milyon dollar artaraq 177.354 milyon dollar təşkil edib.

Nazirlikdən bildiriblər: "2019-cu ilin oktyabr ayında Türkiyənin Azərbaycana ixracı 153.487 milyon dollar, Azərbaycandan idxal isə 23.867 milyon dollar olub".

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.608 milyard dollardan çox olaraq 80.931 milyon dollar artıb:

"2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyənin Azərbaycana ixracı 1.286 milyard dollar, Azərbaycandan idxalı isə 322.513 milyon dollar təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti