...

Abşeron yarımadası heyvan xəstəliklərindən azad zona elan ediləcək

İqtisadiyyat Materials 17 Yanvar 2020 12:06 (UTC +04:00)
Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib
Abşeron yarımadası heyvan xəstəliklərindən azad zona elan ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələbləri nəzərə alınmaqla, ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, bununla əlaqədar Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib: "Ötən il Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, bununla bağlı İşçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb. Növbəti mərhələdə pilot layihə kimi Abşeron yarımadasında heyvanların identifikasiyasına başlanılacaq. Heyvanların vaksinasiyası və identifikasiyasının aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ictimai işlər vasitəsilə əlavə baytar operatorların işə cəlb edilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti