...

Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

İqtisadiyyat Materials 29 Yanvar 2020 13:11 (UTC +04:00)
2019-cu il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib
Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

2019-cu ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,9 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərkosmos” ASC-nin xidmət ixracı 70 faiz artıb.

“Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malaziya, BƏƏ və digərləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti