Bakı. Anastasiya Savçenko - Trend:
2019-cu ildə Azərbaycanda 3,6 milyard dollar məbləğində aviayükdaşımaları həyata keçirilib.
Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Ötən il hava nəqliyyatı ilə daşınan yüklərin həcmi 83,2 min ton təşkil edib.
İxrac aviayükdaşımalarının həcmi 69 min tona, məbləği 281,1 milyon dollara bərabər olub ki, bu da 2018-ci illə müqayisədə 0,16 faiz azdır.
Hesabat dövründə Azərbaycana idxal aviayükdaşımalarının həcmi 14,3 min ton, məbləği 3,3 milyard dollar təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 1,6 dəfə artıb.
Ümumilikdə, 2019-cu ildə Azərbaycanın ticarət dövriyyəsi 33,3 milyard dollar, ixracı 19,6 milyard dollar, idxalı 13,7 milyard dollar təşkil edib.