...

Dövlət Neft Fondunun əməkdaşlarına orden və medallar təqdim olunub

İqtisadiyyat Materials 3 Fevral 2020 15:27 (UTC +04:00)
ARDNF-nin əməkdaşlarına “Əmək” ordeni və “Tərəqqi” medallarının təqdimolunma mərasimi keçirilib.
Dövlət Neft Fondunun əməkdaşlarına orden və medallar təqdim olunub

Bakı. Trend:

3 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 dekabr 2019-cu il tarixli Sərəncamı ilə təltif olunmuş ARDNF-nin əməkdaşlarına “Əmək” ordeni və “Tərəqqi” medallarının təqdimolunma mərasimi keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək Prezident İlham Əliyev tərəfindən ARDNF-nin şəffaf fəaliyyətinə hər zaman böyük diqqət göstərildiyini, Fondun əməkdaşlarının peşəkarlığının yüksək qiymətləndirildiyini vurğulayıb.

Daha sonra “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyi ilə əlaqədar ARDNF-nin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, Fondun 1 əməkdaşı “3-cü dərəcəli “Əmək” ordeni, 12 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti