...

"T.T.Ş.-İnşaat” MMC koronavirusla bağlı mübarizəyə 50 min manat ayırıb

İqtisadiyyat Materials 22 Mart 2020 15:28 (UTC +04:00)
Hər zaman həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindən sayılan "T.T.Ş.-İnşaat” MMC-nin sosial məsuliyyət öhdəliyi Azərbaycanın firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaqdır
"T.T.Ş.-İnşaat” MMC koronavirusla bağlı mübarizəyə 50 min manat ayırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Hər zaman həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindən sayılan "T.T.Ş.-İnşaat” MMC-nin sosial məsuliyyət öhdəliyi Azərbaycanın firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaqdır.

Azərbaycandan başqa, bir çox xarici ölkələrin də müxtəlif infrastruktur layihələrində iştirak edən şirkətimiz Azərbaycan dövlətinin təşkil etdiyi tədbirlərə dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımına qoşulmağa qərar verib.

Bu virusla mübarizə ümummilli məsələdir. Bu məsələni də öz dövlətimizə dəstək verməklə birlikdə həll etməliyik. Bununla mübarizədə Azərbaycan hökuməti əlindən gələni edir. Həyata keçirilən hər bir tədbirlər göz önündədir.

"T.T.Ş.-İnşaat” MMC-dən Trend-ə verilən məlumata görə, bunu nəzərə alaraq şirkət tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb.

Vəsaitin ayrılmasında əsas məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşsının alınması, pandemiyanın iqtisadiyyatın və biznesin bir çox sahələrinə vurduğu təsirini qismən də olsa, qarşılamağa dəstək olmaqdır.

Biz sahibkarlar da çalışmalıyıq ki, əlimizdən gələn dəstəyi edək.

Hər birimiz Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərini əməl etmək və dövlətimizə dəstək göstərməklə, bu bəlaya qalib gələ bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti