...

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb

İqtisadiyyat Materials 15 Aprel 2020 09:25 (UTC +04:00)
2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb
Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb.

Bunu Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 3,466 min ton sitrus meyvəsi ixrac edib.

Bu, Türkiyənin ümumi sitrus ixracının 3 faizini təşkil edir.

Mart ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 1,3513 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin martı ilə müqayisədə 4 faiz azdır.

Ötən ay Türkiyə dünya bazarlarına 178,866 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 25 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti