...

Xüsusi karantin rejimində bu şəxslər iş vəsiqəsiylə hərəkət edə bilər

İqtisadiyyat Materials 21 İyun 2020 00:04 (UTC +04:00)
Xüsusi karantin rejimində bu şəxslər iş vəsiqəsiylə hərəkət edə bilər

Bakı. Asif Mehman - Trend:

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda tətbiq edilən sərtləşdirilmiş karantin rejimində bəzi şəxslərin iş vəsiqəsiylə hərəkət etmələrinə icazə verilir.

Trendin məlumatına görə, bu şəxslərin hərəkət zamanı xüsusi icazə almaqlarına ehtiyac yoxdur:

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
  • Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
  • mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
  • dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin
  • rəhbərləri və onların müavinləri;
  • hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi 5 iyul saat 06:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti