...

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları açıqlanıb

İqtisadiyyat Materials 16 İyul 2020 17:37 (UTC +04:00)
2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.
Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 852,5 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 5 milyard 687,4 milyon dollarını və ya 57,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 165,1 milyon dollarını (42,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 522,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 19,0 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azalıb.

2020-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 34,8 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,1 faizini Hindistana, 4,0 faizini Rusiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3,0 faiz olmaqla Xorvatiya və Ukraynaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Çinə, 2,3 faizini Çexiyaya, 2,0 faizini Tunisə, 1,9 faizini Portuqaliyaya, hər biri 1,6 faiz olmaqla Almaniya və Vyetnama, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,6 faiz), Türkiyəyə (20,0 faiz), İsveçrəyə (9,9 faiz), Gürcüstana (9,8 faiz), Çinə (3,3 faiz), İtaliyaya (2,5 faiz), Ukraynaya (2,4 faiz), Qazaxıstana (1,7 faiz), İrana (1,2 faiz), ABŞ-a (1,1 faiz), Belarusa (1,0 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,0 faizi Çin, 8,6 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,3 faizi Ukrayna, 4,1 faizi İtaliya, 2,8 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 1,6 faizi Fransa, 20,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti