...

Azərbaycanda pensiya göstəricilərinin alıcılıq qabiliyyəti MDB ölkələri üzrə liderliyini qoruyub saxlayır

İqtisadiyyat Materials 24 Dekabr 2020 12:11 (UTC +04:00)
Azərbaycanda pensiya göstəricilərinin alıcılıq qabiliyyəti MDB ölkələri üzrə liderliyini qoruyub saxlayır

Bakı. Trend:

Azərbaycan Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış minimum və orta aylıq pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə müqayisədə lider mövqeyini qoruyub saxlamaqdadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizdə aparılan sosial islahatlar sosial ödənişlərin, habelə pensiyaların əhəmiyyətli dərəcədə artımı ilə nəticələnir.

Bu gün Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti