...

Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır

İqtisadiyyat Materials 3 Yanvar 2021 11:37 (UTC +04:00)
Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,426 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini idxal edib.

Bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, göstərici 324,7 milyon dollar və ya 29,5 faiz 2019-cu ilin eyni dövrünə nisbətən çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların ehtiyat hissələri idxalı Azərbaycan ümumi idxalının 14,72 faizini təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 47 841 avtomobil idxal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti