...

Azərbaycandan İrana məhsul ixracı 26% artıb

İqtisadiyyat Materials 11 Yanvar 2021 13:48 (UTC +04:00)
Azərbaycandan İrana məhsul ixracı 26% artıb

Bakı. Elnur Bağışov - Trend:

Ötən ilin mart-dekabr ayları ərzində İranın Azərbaycanla ticarət dövriyyəsi 414 milyon dollar dəyərində 803 min ton məhsul təşkil edib.

Trend-in məlumatına görə, bu, İranın Ticarət İnkişafı Təşkilatının statistikasında öz əksini tapıb.

Statistikaya əsasən, qeyd olunan müddətdə İran Azərbaycana təxminən 396 milyon dollar dəyərində 781 min ton məhsul ixrac edib.

Statistikada bildirilir ki, İranın məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb.

9 ayda İran Azərbaycandan 18 milyon dollar dəyərində 22,4 min ton məhsul idxal edib.

Statistikaya görə, məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 26% artıb.

Qeyd edək ki, İran 9 ay ərzində (20 mart -20 dekabr ) 25 milyard dollar dəyərində 85,2 milyon ton məhsul ixrac edib. Qeyd olunan müddətdə İran 26,8 milyard dollar dəyərində 25 milyon ton məhsul idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti