...

Azərbaycan Silahlı Qüvvələrinə nəzərdə tutulduğundan 36 faiz çox pul xərclənib

İqtisadiyyat Materials 10 Fevral 2021 18:06 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinə nəzərdə tutulduğundan 36 faiz çox pul xərclənib

Bakı. Elçin Mehdiyev – Trend:

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3 milyard 787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4 milyard 426,8 mln manat vəsait ayrılmışdır ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 072,6 mln. manat və ya 36,1 faiz çoxdur.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti