...

Samsung Smart Tag ilə lazımı əşyaların asanlıqla tapılma yolları

İqtisadiyyat Materials 11 Fevral 2021 18:00 (UTC +04:00)
Samsung Smart Tag ilə lazımı əşyaların asanlıqla tapılma yolları

Bakı. Trend:

Hər birimiz, heç olmaya ən azı bir dəfə televizorun pultununun və ya mənzil açarlarının yerini tez bir şəkildə təyin üçün ona "zəng vurmağı" xəyal etmişik. Belə ki, mobil telefonun “axtarışı” çox sadədir, harada qoyursan qoy, yerini təyin etmək üçün sadəcə bir zəng kifayət edir. Lakin, açarları tapmaq bir o qədər asan deyil, ələlxsus da tələsdiyin zamanlarda. Belə anlarda, sanki əşyaları haraya qoyduğunu xatırlayırsan, lakin qoyduğun yerlərdə tapa bilmirsən. Bu halda, firkrinizdən məşhur filmin personajı cənab Şpakın etdiyi kimi, xüsusi axtarış itlərini çağırmaq da keçə bilər, lakin bu “axtarışın” daha asan bir yolu var. Məxsusi bu məqsəd üçün Samsung miniatür ölçülü Smart Tag nişanını təqdim etdir. Sözü gedən bu breloku, istənilən əşyaya və ya ev heyvanının üzərinə asa bilər, və lazım olan anlarda qeyd edilənlərin yerini izləməklə, təyin edə bilərsiniz. Samsung-un təqdimatında, sözü gedən bu aksesuar, kənarları dairəvi şəkildə bükülmüş, düzbucaq formasına sahib olan kompakt bir açar zəncirdir. Eyni zamanda cihazın ölçüləri sadəcə 3.9 x 3.9 x 1 sm, çəkisi isə 13 qr təşkil edir. Cihaz bir necə rəngdə mövcuddur, daxilində isə kiçik batareya quraşdırılıb. Sözü gedən batareya uzun müddət işləməni təmin edərək, bitdikdən sonra asanlıqla yenisi ilə əvəz edilə bilinir.

SmartTag-dan istifadə etmək üçün, onu sadəcə seçdiyiniz əşyanın üzərinə yerləşdirirsiniz, sonra isə Samsung SmartThings Find tətbiqini istifadə edərək əşyanın harada olduğunu smartfonunuz vasitəsi ilə təyin edirsiniz. Həmçinin, itirilmiş əşyanın yerini digər Samsung cihazlarından özünüz izləyə və ya yaxınlarınızı axtarışa qoşa bilərsiniz.

Qeyd edilən axtarış Bluetooth 5.0 Low Energy simsiz protokolundan istifadə edilərək həyata keçirilir. Belə ki, SmartThings, "ağıllı işarələri" smartfonun ətrafı 120 m radius daxilində xəritə üzərində göstərir. Breloka yaxınlaşdıqda, tətbiq avtomatik olaraq skan rejimini aktivləşdirir və ekranda siqnal gücünü göstərən qrafik şkala ifadə olunur. Qeyd edilən siqnal gücündən asılı olaraq, “ağıllı işarənin” uzaqda və ya yaxında olmağını təyin etmək mümkündür. Bundan əlavə, SmartTag səs komponenti ilə təchiz olunduğundan, onu hətta eşitmək belə mümkündür. Bunu üçün sadəcə smartfonunuzdakı tətbiqdən zəng düyməsini aktiv etmək gərəkdir. Qeyd edək ki, zəng melodiyası və səviyyəsi əvvəlcədən təyin edilə bilir.

SmartTag ilə işarələnmiş əşyalar Bluetooth əhatəsindən kənarda olsa belə, siz istənilən obyekti asanlıqla tapa bilərsiniz. Beləliklə, SmartTag hətta offline rejimdə belə, işarələrin yerləşləşim məlumatlarını toplaya, ziyarət edilən məkanların tarixçəsini təhlil edə bilir.

Aksesuarın əlavə bir xüsusiyyəti də onun “ağıllı ev” ekosistemi çərçivəsində mükəmməl işləməsidir. Belə ki, nişanlar ekosistemə daxil olan müxtəlif cihazları sadə bir tonuşla idarə etməyə kömək edir. Beləliklə, brelok üzərində yerləşən xüsusi düymə ilə əvvəlcədən proqramlaşdırdığınız müəyyən bir hərəkəti icra etmək mümkündür. Buna misal olaraq, otağın işığını yandıra və ya musiqini aktivləşdirə bilərsiniz.

Sözü gedən yenilik, Samsung tərəfindən fərqli bir istiqamətdə atılan maraqlı bir addımdır. Baxmayaraq ki, hal hazırda "ağıllı etiketlərin" tətbiq olunma sahəsi yalnız gündəlik həyatımızda yer alan bütün obyektlərin yerinin təyin edilməsi ilə kifayətlənir, gələcəkdə bu kimi cihazların təbii fəlakətlər zamanı dağıntılar altından qalan adamları tapmağa və ya ailə üzvlərinin, uşaqların və ya yaşlıların hərəkətlərini və yerini izləmək üçün istifadə olunması gözlənilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti