...

İranın Ərdəbil vilayəti dəmiryolu xətti ilə Azərbaycana birləşəcək – İranlı deputat

İqtisadiyyat Materials 2 İyun 2021 15:40 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

Gələn il (21 mart 2022 – 20 mart 2023) İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin dəmiryolu xəttinin Azərbaycana birləşməsi ilə bağlı inşa işlərinə başlanacaq.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Sodeyf Bədri deyib.

S.Bədrinin sözlərinə görə, bununla da İranın Ərdəbil vilayəti üzərindən Şimal-Cənub Dəhlizi üzrə dəmiryolu xətti təkmilləşəcək.

Bədri bildirib ki, İranın Ərdəbil vilayətində Ərdəbil-Parsabad dəmiryolu xəttinin inşa edilməsi ilə əlaqədar araşdırmalar yekun mərhələdədir.

İranlı deputat deyib ki, bu xəttin birləşdirilməsi ilə əlaqədar Ərdəbil-Miyana dəmiryolu xəttinin inşası sürətləndirilib. Hazırda bu dəmiryolu xətti Xatəmul-Ənbiya Quruculuq Qərargahı tərəfindən inşa edilir.

Qeyd edək ki, İranın Ərdəbil-Parsabad dəmiryolu xəttinin təxminən 250 km olacağı bildirilir.

Əlavə edək ki, 175 kilometr uzunluğunda olan Miyana-Ərdəbil dəmiryolunun inşasına 2005-ci ildən başlanıb. Bu dəmiryolunda ümumilikdə 23,8 km uzunluğunda 62 ədəd tunel, 4 km uzunluğunda dərəüstü körpü, 3 km uzunluğunda suüstü körpü inşa olunur. Bu dəmiryolu xəttinin bu il (2021) istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti