...

"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb

İqtisadiyyat Materials 27 Oktyabr 2021 13:21 (UTC +04:00)
"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb

Bakı. Trend:

“Lloyd's Register” sertifikatlaşdırma təşkilatı “Təmiz Şəhər” ASC-ni ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” və ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi" üzrə beynəlxalq sertifikata layiq görüb.

Tullantıların idarə olunması sahəsində səmərəli fəaliyyət göstərən “Təmiz Şəhər” ASC 10 ildən artıqdır ki, qarşısına qoyduğu vəzifələri uğurla icra etməkdədir. Görülən işlərdə keyfiyyətli idarəetməyə daim diqqət yetirən Cəmiyyət öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq istiqamətində idarəetmə sistemlərinin effektivliyinin təkmilləşdirilməsi üzrə işləri davam etdirərək ciddi addımlar atır.

"Təmiz Şəhər" ASC-nin bu sertifikatlara layiq görülməsi qurumda ətraf mühitə və əməyin təhlükəsizliyinə diqqətin yüksək səviyyədə olmasını göstərir.

Fəaliyyət göstərdiyi müddət ərzində aparılan audit hesabatlarında “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının peşəkarlığı, iş prinsipinin beynəlxalq standartlara uyğunluğu hər zaman öz əksini tapıb. “Təmiz Şəhər” ASC 2013-cü ildən etibarən ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” və eləcə də ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi" üzrə beynəlxalq standartları üzrə sertifikatları əldə edərək daim fəaliyyətini təkmilləşdirir, həmçinin yeni versiyaların tətbiqini,eləcə də sertifikatlaşdırma mərhələlərini uğurla həyata keçirir.

“Təmiz Şəhər” ASC, 2013-cü ildə ilk dəfə ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi”, 2015-ci ildə ISO 14001:2004 “Ətraf Mühiti İdarəetmə Sistemi”, OHSAS 18001:2007 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”, 2017 və 2020-ci illərdə isə ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülmüşdür.

Qeyd edək ki, “Lloyd's Register” təşkilatı 1760-cı ildən fəliyyət göstərir. Bu təşkilat dünyanın aparıcı şirkət və qurumlarında həyatın, əmlakın, ətraf mühitin təhlükəsizliyini qiymətləndirərək müvafiq sertifikatlar təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti