...

Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır

İqtisadiyyat Materials 27 Oktyabr 2021 13:45 (UTC +04:00)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır.

Trend-in məlumatına görə, ünvanlı dövlət sosial yardımının məbləği 170 manatdan 200 manata qaldırılır.

Bununla bağlı sənəd Milli Məclisə daxil olub və növbəti iclasların birində müzakirə ediləcək.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı hazırda 170 manatdır. Əgər ailədə 8 yaşından kiçik uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti