...

Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur - Samir Şərifov

İqtisadiyyat Materials 12 Noyabr 2021 11:51 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur - Samir Şərifov

Bakı. Elçin Mehdiyev - Trend:

Pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatında baş verən azalma gözlənildiyindən daha sürətlə bərpa olunur.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ÜDM-nin bərpası daha sürətlə baş verir:

"Bu ilin 9 ayında ÜDM-nin real artımı 4.8 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ildə çatacağı nəzərdə tutulsa da görürük ki, cari ilin sonuna həmin səviyyəni bərpa edəcəyik. Bu da çox uğurlu göstəricidir. Qeyri-neft sektorunda isə artım 6.2 faiz təşkil edib. Bu dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 8.3 faiz artıb,” – deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti