Bakı. Elçin Mehdiyev – Trend:
Əhalinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədilə ipoteka layihələrini maliyyələşdirmək üçün 2022-ci ilin dövlət büdcəsindən 95 milyon manat və ya cari illə müqayisədə 34 faiz çox vəsait nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, gələn il əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən sosial xərclərin məbləği artırılır. O qeyd edib ki, ünvanlı sosial yardım üçün 2022-ci ilin dövlət büdcəsindən 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.