...

Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur

İqtisadiyyat Materials 9 Dekabr 2021 11:21 (UTC +04:00)
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur

Bakı. Elçin Mehdiyev – Trend:

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində iş aparılır.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Ə.İsmayılov bildirib ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə görüşlər keçirilib, müzakirələr aparılıb.

O bildirib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi üçün sənəd hazırlanıb.

Ə.İsmayılovun sözlərinə görə, sənəd 5 il müddətində media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasını ehtiva edir: “Media subyektlərinin həm mənfəət vergisi, həm də ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək”, - deyə Ə.İsmayılov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti