...

600-dən çox müəssisədə işçilərin icbari sığortası ilə bağlı müqavilələr bağlanıb

İqtisadiyyat Materials 12 Fevral 2022 14:29 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarəti davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, icbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən olunaraq onlara bu müqavilələri bağlamaları üçün “Əmək müqaviləsi bildirişi” altsistemində xəbərdarlıq məlumatları yerləşdirilib.

Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən tərəfindən işçilərinin icbari sığorta olunmaları üçün müqavilələr bağlaması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti