...

Ölkəmizdə dəmir yolu ilə sərnişindaşıma 2 dəfədən çox artıb

İqtisadiyyat Materials 16 Fevral 2022 17:11 (UTC +04:00)
Ölkəmizdə dəmir yolu ilə sərnişindaşıma 2 dəfədən çox artıb

Bakı. Fərid Zöhrabov - Trend:

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 milyon ton yük, 308 min sərnişin daşınıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 % az və 2,4 dəfə çoxdur.

Ötən ay sutkada orta hesabla 445 vaqon yüklənib, 379 vaqon isə boşaldılıb. Dəmir yolunun Şimal istiqaməti üzrə 18,9 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti