...

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

İqtisadiyyat Materials 17 Fevral 2022 22:44 (UTC +04:00)
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayında Azərbaycanda minik avtomobillərinin istehsalı artıb.

Trend-in məlumatına görə, ötən ay ölkədə 102 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 6 ədəd çox minik avtomobili istehsal olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar ayında 30,6 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,4 dəfə, maşın və avadanlıqların istehsalı isə 69,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti