...

Azərbaycanda bu məhsulların istehsalı xeyli artıb

İqtisadiyyat Materials 21 Mart 2022 11:06 (UTC +04:00)
Azərbaycanda bu məhsulların istehsalı xeyli artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-fevral aylarında istehsalın ümumi dəyəri 121,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4,0 dəfə, asfaltın istehsalı 70,7
faiz, tikinti kərpicinin istehsalı 62,0 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 59,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 52,1 faiz, tikinti gipsinin istehsalı 35,7 faiz artıb.

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 8,8 faiz, tikinti əhənginin istehsalı isə 43,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti