...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 5 Aprel 2022 10:21 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 112,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 108,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti