...

Onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan şirkətlər açıqlanıb

İqtisadiyyat Materials 5 Aprel 2022 18:02 (UTC +04:00)
Onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan şirkətlər açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda şirkətlərin fəaliyyətinin onlayn mediada işıqlandırılmasının mart ayı üzrə nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, Media Təhlil Mərkəzinin açıqladığı nəticələrə əsasən, mart ayında onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR-ın fəaliyyəti mart ayında 1 257 dəfə işıqlandırılıb ki, bu da fevral ayı ilə müqayisədə 18 faiz az olub.

İlk beşlikdə, həmçinin, "Azərbaycan Hava Yolları" QSC (AZAL) (925), "Azərsu" ASC (427), "Azərişıq" ASC (377) və "Azərbaycan Dəmir Yolları" QSC (333) yer alıb.

Media Təhlil Mərkəzinin hazırladığı şirkətlərin media aktivlik indeksi cədvəlini təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti