...

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

İqtisadiyyat Materials 19 Aprel 2022 20:11 (UTC +04:00)
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 153,1 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dəyərin 1 milyard 085,3 milyon manatı heyvandarlıq, 67,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə 14,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti