...

Bakıxanov qəsəbəsində küçə təmir olunur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 18 May 2022 12:23 (UTC +04:00)
Bakıxanov qəsəbəsində küçə təmir olunur (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 950 metr uzunluğa malik Əşrəf Yunusov küçəsinin əsaslı təmiri aparılır.

Agentlikdən Trend-ə bildirilib ki, təmir işləri çərçivəsində Əşrəf Yunusov küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmiri aparılıb. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yeni səki daşları ilə əvəz edilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 9 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə olmaqla icra edilir. Bundan başqa Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də təmir işləri aparılır.

Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti