...

MÜSİAD Azərbaycan 2022-ci il üçün inkişaf strategiyasını hazırlayıb - Rəşad Cabirli (FOTO)

İqtisadiyyat Materials 18 May 2022 17:04 (UTC +04:00)
MÜSİAD Azərbaycan 2022-ci il üçün inkişaf strategiyasını hazırlayıb - Rəşad Cabirli (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

MÜSİAD Azərbaycan 2022-ci ilin əvvəlində bu il üçün inkişaf strategiyasını hazırlayıb.

Bunu Trend-ə təşkilatın rəhbəri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə, MÜSİAD-ın Azərbaycan nümayəndəliyi kənd təsərrüfatı və turizm kimi sektorlarda biznes münasibətlərinin inkişafı üzrə işlər aparır.

“Biz Azərbaycan və Türkiyə biznesləri arasında ikitərəfli münasibətlərin möhkəmlənməsini hədəfləyirik. Xatırladıım ki, bir neçə ay əvvəl MÜSİAD və Konya Ticarət Palatası Azərbaycan tərəfi ilə investisiyaların genişləndirilməsi məsələsini müzakirə edib. Bu istiqamətdə Azərbaycan biznesinin 50-yə yaxın nümayəndəsi ilə görüşlər planlaşdırılır. Həmçinin 2021-ci ilin noyabrında Azərbaycanda keçirilmiş və 32 ölkədən 570 iş adamının iştirak etdiyi beynəlxalq forumu xatırlatmaq istəyirəm. Bu gün biz həmin forumun iştirakçıları ilə Azərbaycan bazarına investisiyaların cəlb olunması məqsədilə danışıqları davam etdiririk”, - deyə o bildirib.

R.Cabirli qeyd edib ki, noyabrda İstanbulda MÜSİAD EXPO sərgisinin keçirilməsi planlaşdırılır.

“Bu sərgidə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin stendinin nümayiş etdirilməsi planlaşdırılır. Həmçinin bu agentliyin dəstəyi ilə ixrac potensialına malik bir sıra Azərbaycan şirkətləri iştirak edəcək”, - o deyib.

Bakıda keçirilən 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisi barədə danışan R.Cabirli qeyd edib ki, bu, kiçik və orta biznes üçün beynəlxalq əlaqələri artırmaq üçün əlavə stimuldur.

“Azərbaycanda yerli ofisi olan çox sayda Türkiyə şirkəti işləyir. Onlar hər zaman Bakıda və rayonlardan keçirilmiş sərgilərdə fəal iştirak edib. Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi, xüsusilə də post-pandemiya dövründə işgüzar fəaliyyətin aktivləşdirilməsi üçün əlavə imkanlar yaradır”, - R.Cabirli bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti