...

Dünya Bankı Azərbaycanda ÜDM-in artımı ilə bağlı yeni proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 8 İyun 2022 12:12 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda ÜDM-in artımı ilə bağlı yeni proqnozlarını açıqlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2022 və 2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı müvafiq olaraq 2,7 və 2,2 faiz təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının yeni hesabatında deyilir.

Qeyd edək ki, bankın yanvar hesabatında bu proqnozlar müvafiq olaraq 3,1 və 2,7 faiz səviyyəsində idi.

Dünya Bankının proqnozunda qeyd olunur ki, Azərbaycanda ÜDM-in artımı 2024-cü ildə 2,3 faiz təşkil edəcək.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanın ÜDM-i 5,6 faiz artıb. 2020-ci ildə isə bu göstərici 4,3 faiz azalma nümayiş etdirmişdi.

"Dünya bazarlarında yüksək xammal qiymətləri və enerji ehtiyatlarının tədarükünə məhdudiyyətlər iqtisadi fəallığa təsir göstərəcək. Eyni zamanda Azərbaycanın neft sektoru hazırda tam gücü ilə işləyir", - Dünya Bankının hesabatında deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti