Bakı. Trend:
Azərbaycan dünyanın enerji təminatına öz töhfəsini verəcək.
Bunu Trend-ə özəl açıqlamasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.
İ.Yosipoviç, Azərbaycanda günəş enerjisinin və ümumilikdə bərpa olunan enerji mənbələrinin inkişaf perspektivlərini qeyd edib və əlavə edib ki, ölkə ənənəvi enerji ehtiyatlarının başlıca tədarükçülərindəndir.
“Həmçinin, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində daha da mühüm rol oynayır. Azərbaycan etibarlı enerji tərəfdaşına çevrilib. Düşünürəm ki, Azərbaycan dünyanın enerji təminatına öz töhfəsini verəcək”, - deyə o əlavə edib.
Azad olunan ərazilərdə aparılan yenidənqurma bərpa işlərinin sürətli aparılmasını vurğulayan sabiq prezident Qarabağın da bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu qeyd edib.