Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 48243 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 17640 şəxs münasib işlərlə təmin edilib, 6157 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 2062 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.
7 ay ərzində 22384 şəxs isə peşəyönümü tədbirlərə cəlb olunub.