...

Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 3 milyonu ötüb

İqtisadiyyat Materials 14 Sentyabr 2022 10:04 (UTC +04:00)
Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 3 milyonu ötüb

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 3 milyon 416 min 41 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 225 min 738 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 190 min 303 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Bandırma limanından 13 min 942 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti