Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı müvafiq tədqiqatlar aparmaqla Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarının inkişaf proqramlarının reallaşdırılmasına xidmət edir.
Trend-in məlumatına görə, bunu CAREC institutunun direktoru Sayed Şakila Şah “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamikasının yenidən kalibrlənməsi” adlı 6-cı forum zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq tədqiqat institutları məlumatların alınması və təqdim olunmasının operativliyi üçün tədqiqat aparma alətlərini rəqəmsallaşdırmalıdır.
"Biz iqtisadiyyat sahələrində, COVID-19-la mübarizə üzrə, eləcə də bir sıra kritik vacib istiqamətlərdə yeni proqramlar yaratmışıq. Bizim birgə səylərimiz qarşıda duran çağırışların öhdəsindən gəlməyə imkan verəcək", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)