...

Asiya İnkişaf Bankı tədqiqat potensialının artırılmasında CAREC proqramını dəstəkləməkdə davam edir

İqtisadiyyat Materials 15 Sentyabr 2022 10:53 (UTC +04:00)
Asiya İnkişaf Bankı tədqiqat potensialının artırılmasında CAREC proqramını dəstəkləməkdə davam edir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tədqiqat potensialının artırılmasında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramını dəstəkləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu AİB-in vitse-prezidenti “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamiklərinin yenidən kalibrlənməsi” adlı 6-cı forum zamanı deyib.

"AİB biliklər sahəsində potensialın formalaşdırılmasına dəstəyi özünün prioriteti hesab edir. Regiondakı mövcud çağırışlar fonunda bank 2024-cü ilədək icra olunması üçün sektorun inkişaf siyasəti əsasında kreditləşmə proqramı çərçivəsində 18 milyard dollar vəsait ayırıb. 2020-ci ildən AİB koronavirus pandemiyasının səbəb olduğu məsələlərin həllinə diqqət ayırır. Bu kontekstdə bank tərəfindən səhiyyə və humanitar yardım üçün 29 milyard dollar vəsait ayrılıb", - Ş.Çen deyib.

Vitse-prezident qeyd edib ki, bank kiçik və orta müəssisələrə dəstəyin verilməsini, iqlim dəyişikliyi ilə mübarizəni özünün prioriteti hesab edir.

"Su ehtiyatlarının çatışmazlığı, səhiyyə, təbii fəlakətlər kimi problemlərin həlli bank üçün prioritetdir. AİB 2030-cu ilədək reallaşdırılması üçün 100 milyard dollar vəsait ayırıb", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti