...

MİDA-nın bugünkü mənzil satışı təxirə salınıb

İqtisadiyyat Materials 15 Sentyabr 2022 11:14 (UTC +04:00)
MİDA-nın bugünkü mənzil satışı təxirə salınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb. Satış müvəqqəti təxirə salınıb.

Trend-in məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

F.Qurbanlı bildirib ki, satışdan əvvəl 100-dən çox test edilsə də, bu gün sistemdə problem yaranıb.

Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilməsi nəzərdə tutulurdu.

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti