Bakı. Trend:
İqtisadiyyat Nazirliyi nəzdində Elmi-İqtisadi Tədqiqat İnstitutu ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) institutu arasında anlaşma memorandumu imzalayıb.
Trend-in məlumatına görə, sənədi Elmi-İqtisadi Tədqiqat İnstitutunun İdarə heyətinin sədri Mahir Hümbətov və CAREC institunun direktoru Sayed Şakila Şah imzalayıb.
Memorandum logistika, yükdaşımaları, iqtisadiyyatın dayanıqlı inkişafı üzrə proqramların yaradılmasını nəzərdə tutur.
Qeyd olunub ki, gələcəkdə tərəflər arasında digər sənədlərin imzalanması planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)