...

Azərbaycan nefti üç dollara yaxın bahalaşıb

İqtisadiyyat Materials 30 Sentyabr 2022 10:35 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 92,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 91,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,83 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 89,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,52 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti