...

Bölgələrdə qida təhlükəsizliyinə nəzarət məntəqələrinin tikintisinə başlanılıb

İqtisadiyyat Materials 27 Oktyabr 2022 12:50 (UTC +04:00)
Bölgələrdə qida təhlükəsizliyinə nəzarət məntəqələrinin tikintisinə başlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə respublikanın bir sıra bölgələrində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin tikintisinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, 1 yanvar 2023-cü ildən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması ilə bağlı hüquqi baza nəzərdə tutulub.

AQTA sədri bildirib ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr tarixli Fərmanı ilə Agentliyin ştat vahidinin artırılması qida təhlükəsizliyinə nəzarət məntəqələrinin fəaliyyəti üçün tələb olunan ştatların da təmin olunmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti