Bakı. Trend:
"Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsində əsasən 4 istiqamət müəyyənləşib.
Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Samir Vəliyev “Azərişıq” ASC ilə Energetika Nazirliyinin təşkilatçılığı ilə “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsinin təqdimat mərasimində deyib.
O bildirib ki, həmin istiqamətlər üzrə müzakirələr aparılacaq.
"Birinci istiqamət, qoşulmanın hüquqi bazasının təkmilləşdirilməsi, ikinci istiqamət , qəbul edilmiş qaydaların səmərəliliyinin tətbiqi, üçüncüsü, prosesdurların şəffaflığı ilə bağlı zəruri tədbirlər görülməsi, dördüncüsü isə görülən işlər üzrə ictimaiyyətin məlumatlandırılmasıdır. Bu 4 istiqamət üzrə müvafiq tədbirlər nəzərdə tutulur",-nazir müavini qeyd edib.