...

Avropa Azərbaycandan qaz tədarükünə bel bağlayır - Bolqarıstanın sabiq prezidenti

İqtisadiyyat Materials 17 Noyabr 2022 11:14 (UTC +04:00)
Avropa Azərbaycandan qaz tədarükünə bel bağlayır - Bolqarıstanın sabiq prezidenti
 Петр Стоянов
Петр Стоянов
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Azərbaycandan qaz tədarükünə bel bağlayır.

Bunu bu gün Trend-ə Bolqarıstanın sabiq prezidenti Petr Stoyanov deyib.

"Azərbaycan mövcud enerji böhranı şəraitində Avropa üçün enerji tərəfdaşı qismində çox vacib rol oynayacaq. Təkcə Bolqarıstan deyil, həm də bütün Avropa Azərbaycanla gələcək enerji əməkdaşlığına bel bağlayır", - deyə o bildirib.

P.Stoyanovun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın əvvəlində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması ilə əlaqədar Bolqarıstana səfəri böyük və vacib hadisə idi.

"IGB ölkəmiz üçün çox vacib layihədir və Bolqarıstanda hər kəs bunu başa düşür. Bizim Azərbaycanla çox gözəl tarixi tərəfdaşlığımız mövcuddur və biz bir-birimizə hörmətlə yanaşırıq. Azərbaycan və Bolqarıstanın əməkdaşlıq üçün vədedici gələcəyi var", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti