...

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin açılması üçün vəsait ayrılır

İqtisadiyyat Materials 22 Noyabr 2022 15:15 (UTC +04:00)
Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin açılması üçün vəsait ayrılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin, Fələstində nümayəndəliyin açılması və digər xərclərlə bağlı 2023-cü il dövlət büdcəsindən 15,9 milyon manat vəsatin ayrılması təklif edilir.

Trend-in məlumatına, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik təklif olunur. Nazir müavini vurğulayıb ki, dəyişikliklər büdcə qaydalarına uyğundur.

Xatırladaq ki, noyabrın 18-də Azərbaycanın Albaniya və Keniyada səfirlik açılması ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edilib. Layihəyə əsasən, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək. Həmçinin, iclasda "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanun layihələri də müzakirəyə çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb. Qanun layihələri müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti