...

Azərbaycandakı dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflər müzakirə edilib

İqtisadiyyat Materials 7 Dekabr 2022 11:02 (UTC +04:00)
Azərbaycandakı dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflər müzakirə edilib

Bakı. Trend:

Dünya Bankı tərəfindən müxtəlif ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə “Böhran və bərpa dövründə sosial müdafiə” mövzusunda virtual dəyirmi masa keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilmiş geniş miqyaslı tədbirlər paketini diqqətə çatdırıb.

Bu tədbirlər çərçivəsində iş yerlərinin və əməkhaqlarının qorunması, hökumət tərəfindən maliyyələşdirilən yeni iş yerlərinin yaradılması və həssas qrupların kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramının genişləndirilməsi, birdəfəlik ödəmə proqramlarının icrası və s. istiqamətlərdə görülmüş işlər qeyd edilib.

Eyni zamanda, dövlət sosial xidmətlərinə rahat çıxışı və bu xidmətlərə əlçatanlığı artıran, şəffaflığa təminat verən innovativ və rəqəmsal həllərin tətbiqindən geniş istifadə olunduğu bildirilib. Habelə həssas qruplar üçün yeni sosial xidmət mərkəzlərinin yaradıldığı diqqətə çatdırılıb.

Hazırda ölkəmizdə 110 sosial xidmətin elektron qaydada təqdim edildiyi, onların yarısının proaktiv şəkildə həyata keçirildiyi qeyd edilib. Tədbirdə ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflər barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti