...

Azərbaycanın startap innovasiyaları Aİ ölkələrinin bazarlarına çıxacaq- Səfir

İqtisadiyyat Materials 16 Dekabr 2022 11:35 (UTC +04:00)
Azərbaycanın startap innovasiyaları Aİ ölkələrinin bazarlarına çıxacaq- Səfir
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

"V4-Azerbaijan Tech Bridge" layihəsi Azərbaycanın startap innovasiyalarını Avropa İttifaqı (Aİ) ölkələri ilə birləşdirəcək.

Trend-in məlumatına görə, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski innovasiyalar üzrə Polşa-Azərbaycan seminarında deyib.

"Bu çoxtərəfli təşəbbüs texnoloji həllər gətirəcək və Azərbaycanın innovasiya ekosisteminin inkişafına kömək edəcək", - deyə R.Poborski bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində yüksək texnologiyalı həllərin tədqiqi və inkişafı həyata keçiriləcək.

Səfir qeyd edib ki, Polşa innovasiyalar sahəsində təcrübəsini bölüşməyə hazırdır:

"2022-ci il göstəricilərinə əsasən, bizim 5000-dən çox innovativ startap şirkətimiz var. Biz gələcəkdə əməkdaşlığımızı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa hazırıq".

Qeyd edək ki, "V4-Azerbaijan Tech Bridge" layihəsinin məqsədi Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) ilə Azərbaycan arasında innovasiyalar sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti